Bank Of Baku

Rusiyada keçiriləcək prezident seçkilərini Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti müşahidə edəcək

Rusiyada keçiriləcək prezident seçkilərini Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti müşahidə edəcək
# 15 fevral 2008 15:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Rusiyada martın 2-də keçiriləcək prezident seçkilərini Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti müşahidə edəcək. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, MSK sədri Məzahir Pənahovun rəhbərlik edəcəyi 5 nəfərlik MSK nümayəndə heyəti Rusiya MSK-nın dəvəti ilə bu ölkəyə gedəcək. MSK rəhbərliyi fevralın 28-dən martın 4-dək Rusiyada olacaq. Onlar əsasən paytaxt Moskvada səsvermənin gedişini izləyəcəklər. R. Qasımov seçkiləri izləmək üçün MDB müşahidə missiyasından da dəvət gəldiyini və MSK və Milli Məclisdən 4 nümayəndənin bu müşahidə missiyasının tərkibində Rusiyaya yola düşəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR