Bank Of Baku

Goranboy və Naftalanda ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Goranboy və Naftalanda ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 15 fevral 2008 15:20 (UTC +04:00)
Goranboy-Naftalan. Teymur Quliyev-APA. Bu gün Goranboyda 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti (RİH) başçısı Elşən Abbasov ötən il rayonda görülən işlər barədə danışıb. Onun sözlərinə görə, son dörd ildə rayonda 4000-dək daimi iş yeri yaradılıb. Problemlərə toxunan E. Abbasov bildirib ki, ən ciddi problemlərdən biri rayon mərkəzinin və kəndlərinin ani-sanitariya vəziyyətində olmasıdır. RİH başçısı rayon gigiyena və epidemiologiya mərkəzinin rəhbəri Rauf Dadaşova xəbərdarlıq edib, nöqsanları aradan qaldırmağı tapşırıb. O, yaxın vaxtlarda rayonun 49 yaşayış məntəqəsinin təbii qazla təmin olunacağını söyləyib. Tədbirdə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, millət vəkilləri Gültəkin Hacıyeva, Qüdrət Həsənquliyev, Prezident Aparatının məsul işçisi Niyaz Əliyev iştirak edib.
Bu gün həmçinin Naftalanda da 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Musa Musayev bildirib ki, rayonun inkişaf etmiş turizm bölgəsinə çevrilməsi üçün proqram hazırlanıb. Onun sözlərinə görə, rayonda sanatoriyalarda məskunlaşmış məcburi köçkünlər üçün evlər tikiləcək. Tədbirdə daxili işlər nazirinin müavini Oruc Zalov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR