Bank Of Baku

Xanlarda 2007-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib

Xanlarda 2007-ci ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib
# 15 fevral 2008 16:00 (UTC +04:00)
Xanlar. Ayxan Hüseynov-APA. Xanlarda rayonun sosial-iqtisadi inkişafı sahəsində 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə yerli hüquq-mühafizə orqanları, idarə və müəssisələri və təhsil ocaqları rəhbərləri ilə yanaşı təhsil naziri Misir Mərdanov və Milli Məclisin üzvü Rövşən Rzayev də iştirak edib. Tədbirdə çıxış edən Xanlar rayon icra hakimiyyətinin başçısı Arif Seyidov ötən il rayonda görülən işlər, problemlər və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. O, keçən il rayonda 989, son dörd ildə isə ümumilikdə 3653 iş yerinin açıldığını, rayonun yerli əhəmiyyətli avtomobil yollarında 2,1 milyon manat həcmində təmir-bərpa və abadlıq işləri görüldüyünü qeyd edib. Arif Seyidov rayonda qəza vəziyyətində olan 1 saylı orta məktəb binasının yerində 800 şagirdlik, Dozularda kəndində isə 120 yerlik məktəb binasının tikildiyini, digər məktəb binalarının isə təmir edildiyini deyib. Ötən il rayonda elektrik enerjisi istehlakına görə yığımın 73 faiz, qaz istehlakına görə yığımın isə 84,4 faizə çatdığın vurğulayan rayon icra hakimiyyətinin başçısı əkin sahələrinin su təminatıı yaxşılaşdırmaq məqsədilə 37 subartezian quyusunun təmir olunduğunu, 6 yeni subartezian quyusu qazıldığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir iştirakçıları zalda qoyulmuş mikrofonlar vasitəsilə müəyyən təkliflərlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR