Bank Of Baku

Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı iki ölkə arasında imzalanacaq sənədlər hazırlıq mərhələsindədir

Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı iki ölkə arasında imzalanacaq sənədlər hazırlıq mərhələsindədir
# 16 fevral 2008 08:58 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Macarıstanla Azərbaycan arasında çox yaxşı anlaşma və siyasi münasibətlər mövcuddur. Şöbə müdiri beynəlxalq təşkilatlar çərçivəsində də bu ölkə ilə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib: “Fikrimcə, bu səfərin əsas dəyəri o olacaq ki, münasibətlər, eyni zamanda iqtisadi sahədə ikitərəfli əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaq, müxtəlif sahədə Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafına kömək edəcək”.
N. Məmmədov onu da əlavə edib ki, səfər zamanı iki ölkə arasında imzalanacaq sənədlər hazırlıq mərhələsindədir.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 18-19-da Macarıstanda rəsmi səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR