Bank Of Baku

Azərbaycanın Qəbələ rayonunda 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

Azərbaycanın Qəbələ rayonunda 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
# 16 fevral 2008 09:39 (UTC +04:00)
Tədbir iştirakçılarının H. Əliyevin abidəsini ziyarətindən sonra müşavirə başlayıb. Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2007-ci ildə rayonda aparılan quruculuq-abadlıq və tikinti işlərindən danışıb. Ötən il rayonda 647 iş yerinin açıldığını deyən icra başçısı yeni sənaye müəssisələrinin fəaliyyətə başladığını söyləyib. O, həmçinin yaxın günlərdə Qəbələ Süd Emalı Kompleksinin istifadəyə veriləcəyini vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili F. Heydərov Azərbaycanın inkişaf mərhələsində olduğunu, bölgələrin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bildirib. O, 2008-ci ildə Qəbələ rayonunda 10 turizm obyektinin istifadəyə verilməsinin, dövlət proqramına uyğun olaraq rayonda yeni məktəb binalarının və körpülərin inşasının planlaşdırıldığını da sözlərinə əlavə edib.
Müşavirədə səslənən fikirlərə münasibət bildirən və görülmüş işlərdən danışan K. Heydərov rayondakı ümumi inkişafdan razı qaldığını söyləyib. Regionların sosial-iqtisadi inkişafına yönəldilən layihələrdən söz açan K. Heydərov Lənkəranın da bütün digər bölgələr kimi daim diqqət mərkəzində olduğunu, burada sürətli inkişafın getdiyini qeyd edib. Nazir Qəbələdə turizmin inkişafı üçün əlverişli şərait olduğunu, burada qış turizm mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR