Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürəcək

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürəcək
# 16 fevral 2008 10:40 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, bu haqda qərar qurumun toplantısında qəbul edilib. Fondun məlumatında bildirilir ki, İ. Əliyevin namizədliyi Qarabağ müharibəsi əlilləri, keçmiş döyüşçülər, şəhid ailələri və ziyalılar tərəfindən dəstəklənib. Məlumatda İ. Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün gördüyü işlər də diqqətə çatdırılıb: “: “Prezident İlham Əliyev Azərbaycanı irəli aparan, alternativi olmayan siyasi liderimizdir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin, Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişi, Orta Asiya respublikalarının, o cümlədən Türkmənistanın karbohidrogen resurslarının dünya bazarına Azərbaycan transmilli boru kəmərləri ilə nəqlinə nail olunması, Azərbaycanda 600 minə yaxın yeni iş yerinin açılması, xarici ölkələrdə Azərbaycan icmalarının səmərəli formalaşması, müdafiə büdcəmizin 1 milyard 200 milyon manata çatdırılması, Azərbaycanın qaz idxal edən ölkədən ixracatçı ölkəyə çevirməsi, xarici siyasətin tarazlı şəkildə davam etdirilməsi, Qarabağın işğalı ilə bağlı beynəlxalq təşkilatların Ermənistana təzyiqlərinin artması, Azərbaycana tərəfdar olan ölkələrin sırasının genişlənməsi, beynəlxalq antiterror layihələrində Azərbaycanın səmərəli və yetərli iştirakının təmin edilməsi, Azərbaycanın iştirakı olmadan bölgədəki strateji layihələrin müzakirəyə belə çıxarılmaması, MDB məkanında ölkəmizin iqtisadi inkişaf templərinə görə önə çıxması, Azərbaycanın GUAM çərçivəsində mövqeyinin daha güclənməsi, nəticədə bu təşkilatın bölgədəki siyasi rolunun əhəmiyyəti dərəcədə artırılması, ölkədəki qaçqın düşərgələrinin tam ləğv edilməsi, səhiyyədə pullu xidmətin aradan qaldırılması, məktəblərin bərpa edilməsi və yenilərinin açılması, Qarabağ əlilləri və veteranları, onların ailələrinə diqqət və qayğının artırılması, sosial-məişət problemlərinin ardıcıl aradan qaldırılması, evsizlərə evlərin verilməsi, Milli Qəhrəman ailələrinə 600 manat aylıq təqaüdün müəyyən edilməsi və digər uğurlar prezident İlham Əliyevin yürütdü düzgün və məqsədyönlü siyasətin nəticəsidir”. Fondan o da bildirilib ki, təşkilat Seçki Məcəlləsinə uyğun olaraq İ. Əliyevin namizədliyini seçki prosesində də dəstəkləmək haqda qərar qəbul edib.
Qeyd edək ki, qəbul edilmiş qərarın ictimaiyyətə daha geniş şəkildə çatdırılması üçün Fond fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR