Bank Of Baku

ADP sədrinin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib

ADP sədrinin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib
# 16 fevral 2008 11:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin bu gün keçirilən iclasında partiya sədri Sərdar Cəlaloğlunun bu ilin payızında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edən S. Cəlaloğlu müxalifət daxilində illərlə davam edən nailiyyətsizlik sindromunun bu düşərgədə qarşıdurmalara və parçalanmalara səbəb olduğunu bildirib. Onun sözlərinə görə, ölkədəki mövcud problemlərin həlli yalnız siyasi dialoq yolu ilə mümkündür. Partiya sədri bir il əvvəl ADP-nin siyasi dialoqla bağlı qərar qəbul etdiyini, lakin bu addımın bəzi qüvvələr tərəfindən tənqid edildiyini bildirib: “Lakin vaxtilə bizi satqınlıqda ittiham edənlər bu gün özləri siyasi dialoqun vacibliyindən danışırlar”. İqtidarın apardığı iqtisadi və sosial siyasəti tənqid edən partiya sədri Qarabağla bağlı və GUAM çərçivəsində aparılan bəzi işləri təqdir edib.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə partiyanın seçki taktikası ilə bağlı danışıb, sonuncu qurultayda seçkilərdə iştirakla bağlı qərar qəbul edildiyini deyib. ADP-dən başqa müxalifət daxilində vahid namizəd ideyasını səmimi dəstəkləyən siyasi qüvvə olmadığını qeyd edən H. Rüstəmov buna görə ADP-nin S. Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürməsini vacib sayıb.
Sonra təklif səsə qoyulub və əksəriyyət tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR