Bank Of Baku

Mənsur Akgün: “Kosovonun müstəqilliyini elan etməsindən sonra Azərbaycan Dağlıq Qarabağla bağlı aktiv diplomatik fəaliyyətə hazır olmalıdır”

Mənsur Akgün: “Kosovonun müstəqilliyini elan etməsindən sonra Azərbaycan Dağlıq Qarabağla bağlı aktiv diplomatik fəaliyyətə hazır olmalıdır”
# 18 fevral 2008 07:33 (UTC +04:00)
O, Kosovonun dövlət müstəqilliyi aktını elan etməsindən sonra bu kimi problemlərlə üzləşən ölkələrin bu faktın onlara təsir edə bilməyəcəyi iddiasını irəli sürəcəklərini bildirib: “Bu kimi problemlərlə üzbəüz qalan ölkələr Kosovonun müstəqilliyinin onlara təsir edə bilməyəcəyini bildirəcəklər. Ancaq burada söhbət ümumi bir qaydanın pozulmasından gedir, bu addımın yaxşı və ya pis olması başqa məsələdir. Bu qaydanın pozulması ilə bir əmsal yaranıb. Əgər Kipr problemi BMT Nizamnaməsi çərçivəsində həll oluna bilməsə, o zaman Kosovo Şimali Kipr Türk Cümhuriyyəti üçün bir əmsal olacaq. Analoji şeyləri Dağlıq Qarabağla bağlı da söyləmək mümkündür. Bunlar klassik həll metodlarını çətinə salan proseslər olacaq. Avropa İttifaqı ölkələri bəzən bu məsələlərlə bağlı təkbaşına qərar qəbul edə bilirlər. Bir çox Avropa İttifaqı ölkəsinin yaxın vaxtlarda Kosovonun müstəqilliyini tanıması gözlənilir. Bu gün Avropa İttifaqı dövlətlərinin xarici işlər nazirlərinin toplantısı keçiriləcək və burada Kosovonun müstəqilliyi müzakirə olunacaq. Bu hadisədən sonra Azərbaycanın Dağlıq Qarabağla bağlı aktiv diplomatiyaya hazır olması lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR