Bank Of Baku

AMİP Mərkəzi Şurası 45 gün müddətində partiyanın növbədənkənar qurultayının keçirilməsi haqda qərar qəbul edib

AMİP Mərkəzi Şurası 45 gün müddətində partiyanın növbədənkənar qurultayının keçirilməsi haqda qərar qəbul edib
# 18 fevral 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurası 45 gün müddətində partiyanın növbədənkənar qurultayının keçirilməsi haqda qərar qəbul edib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, MŞ-nin iclasında partiya sədri Ayaz Rüstəmovun istefası müzakirə edilib, onun sədr kimi fəaliyyətinə baxılıb və göstərdiyi xidmətlərə görə MŞ adından ona təşəkkür edilib. İclasda qurultayın keçirilməsi il bağlı hazırlıqlar AMİP katibliyinə həvalə edilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib və qətnamə qəbul olunub. Sənəddə ölkədəki seçkiqabağı demokratik vəziyyətin normal olmadığı bildirilib və hökumətin bu istiqamətdə müvafiq addımlar atması vacib hesab olunub. AMİP rəhbərliyi, həmçinin Dağlıq Qarabağ probleminin diplomatik yolla həli istiqamətində ciddi nailiyyətin əldə olunmadığını əsas gətirərək, bundan sonrakı mərhələdə hərbi-siyasi müstəvidə addımların atılmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR