Bank Of Baku

Məmməd Əmin Rəsulzadə Mərkəzi AXC-nin 90 illiyi ilə bağlı bəzi təkliflər irəli sürüb

Məmməd Əmin Rəsulzadə Mərkəzi AXC-nin 90 illiyi ilə bağlı bəzi təkliflər irəli sürüb
# 18 fevral 2008 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin qeyd olunması ilə bağlı sərəncamı çox təqdirəlayiq və dəyərli addımdır”. Bu barədə Məmməd Əmin Rəsulzadə Mərkəzinin rəhbəri Nəsiman Yaqublunun rəhbərlik etdiyi qurum adından Azərbaycan prezidentinə ünvanladığı müraciətində bildirilib. Mərkəzdən APA-ya daxil olan məlumatda bu sərəncamın tarixin həmin dövrü ilə bağlı yaranmış narahatçılıqlara son qoyduğu bildirilib. Müraciətdə tədbirlərin keçirilməsinə bu sahə ilə məşğul olan insanların, ictimai təşkilatların, alim və tədqiqatçıların cəlb olunmasının arzuedilən olduğu bildirilib. AXC-nin qurucularının heykəllərinin qoyulması, ev muzeylərinin açılması, kitablarının nəşr edilməsi, mühacirətdə yaşamış Cümhuriyyət qurucularının özlərinin və xarici ölkələrdə fəaliyyət göstərmiş Azərbaycan təşkilatlarının arxivlərinin toplanıb Azərbaycana gətirilməsi də təkliflər sırasındadır. O, həmçinin, M. Ə. Rəsulzadə Mərkəzinə dövlət qayğısının göstərilməsi, Mərkəzin bina ilə təmin edilməsi, fəaliyyətinə dövlət büdcəsindən yardım ayrılması, Cümhuriyyət irsi ilə bağlı hazırladığı kitabların çap olunması, AXC-nin tanınmış tədqiqatçılarına Nəsib Nəsibliyə, Cəmil Həsənliyə və özünə 18 ilə yaxındır ki, Azərbaycanda və xarici ölkələrdə nəşr etdirdikləri kitablarına, tədqiqatlarına prezident təqaüdünün verilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR