Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan ərazisində PKK terrorçularının yerləşdirilməsi haqqında məlumatlar çox ciddi qəbul edilməlidir”

Xəzər İbrahim: “Azərbaycan ərazisində PKK terrorçularının yerləşdirilməsi haqqında  məlumatlar çox ciddi qəbul edilməlidir”
# 18 fevral 2008 11:29 (UTC +04:00)
O bildirib ki, Azərbaycan ərazisində PKK terrorçularının yerləşdirilməsi haqqında məlumatlar çox ciddi qəbul edilməlidir. “Burada üç əsas amil var. Məlumatlara görə, PKK terrorçuları məhz Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib, Azərbaycan hazırda o ərazilərə nəzarət edə bilmir. İkincisi, həmin ərazilər terrorçuluqda böyük təcrübəsi olan Ermənistanın nəzarəti altındadır. Üçüncüsü, PKK bir terrorçu təşkilat kimi çox fəaldır və onların həm fəaliyyəti, həm də bəyanatları buna birbaşa olaraq dəlalət edir. Onlar bu yaxından bildirmişlər ki, məhz Azərbaycana aid olan infrastruktura zərbə endirmək fikrindədirlər. Bu üç amil onu göstərir ki, bu təhlükə çox ciddidir, ona görə də yalnız Azərbaycan deyil, region dövlətlər və beynəlxalq təşkilatlar da buna müvafiq olaraq ciddi reaksiya verməlidir. Azərbaycan özü təhlükələrə qarşı mübarizə aparmağa qadirdir, eyni zamanda müvafiq dövlətlərlə də siyasi çərçivədə əməkdaşlığı davam etdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR