Bank Of Baku

Azərbaycan Xarici İşlər Nazirliyi: “Kosovonun Serbiyadan ayrılmaq haqqında bəyanatı beynəlxalq hüquq normalarına ziddir” YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi: “Kosovonun Serbiyadan ayrılmaq haqqında bəyanatı beynəlxalq hüquq normalarına ziddir”  <font color=#FF0000>YENİLƏNİB</font>
# 18 fevral 2008 11:47 (UTC +04:00)
Onun sözlərinə görə, beynəlxalq hüquq çərçivəsində birtərəfli qaydada öz müqəddəratının həll edilməsi və müstəqilliyin elan edilməsi yasaqdır. Azərbaycanın mövqeyinə aydınlıq gətirən diplomat bildirib ki, Azərbaycan bu məsələdə tərəflərdən heç birinin mövqeyini tutmur: “Azərbaycanın mövqeyi yalnız və yalnız öz milli maraqları üzərində qurulub. Bu, Azərbaycanın beynəlxalq hüquqa hörmət edən və onun müddəalarını düzgün başa düşən mövqeyindən irəli gəlir. Burada kiminsə dəstəklənməsi və yaxud da hansısa istiqamətdə öz siyasətini qurmasında söhbət belə gedə bilməz. Azərbaycan hər zaman birbaşa öz milli maraqlarını üstün tutur, Azərbaycan müstəqil, özünə güvənən bir dövlətdir və hər zaman fəaliyyətini özünün maraqlarına uyğun və beynəlxalq hüquqa cavab verəcək şəkildə quracaq”. Kosovoda beynəlxalq təşkilatların güc strukturlarının yerləşdirilməsinə münasibət bildirən Xəzər İbrahim qeyd edib ki, əgər beynəlxalq təşkilatlar Avropa İttifaqı və digərləri hal hazırda Kosovoda hansısa bir qüvvələrin yerləşdirilməsi barədə qərar qəbul edirlərsə, bu proses yalnız və yalnız müvafiq beynəlxalq sənədlər çərçivəsində və mövcud olan çərçivələrdə həyata keçirilməlidir: “Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq Kosovo münaqişəsi dövlətlərarası münaqişə deyil. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi kimi tanınıb və onun sülh yolu ilə nizamlanması istiqamətində Praqa prosesi adlanan danışıqlarda Azərbaycan və Ermənistan prezidentləri iştirak edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR