Bank Of Baku

İran Azərbaycanla Ermənistanı bir hərbi ittifaqda birləşdirmək istəyir

İran Azərbaycanla Ermənistanı bir hərbi ittifaqda birləşdirmək istəyir
# 18 fevral 2008 11:57 (UTC +04:00)
Tehran APA. İranın baş prokuroru Qurban Əli Dorri Nəcəfabadi Yaxın və Orta Şərq, Fars Körfəzi və Mərkəzi Asiya ölkələrinə geniş hərbi alyans yaratmağı təklif edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Nəcəfabadi bildirib ki, hərbi blokun yaradılmasında məqsəd mümkün xarici müdaxilələrdən birgə müdafiə olunmaqdır: “Bölgədə güclü ittifaq yaranarsa, xaricilər ölkələrimizin daxili işlərinə qarışmağa cəsarət edə bilməyəcəklər və hazırda İraqda, Livanda və Fələstində müşahidə olunan problemlər ortaya çıxmayacaq”. Nəcəfabadi regional parlamentin formalaşdırılmasını və qeyri-hökumət təşkilatlarının yaradılmasını da təklif edib.
Qeyd edək ki, İran hərbi alyansa aşağıdakı dövlətlərin qoşulmasını məqsədəuyğun sayır: İran, Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Ermənistan, Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan, Yəmən, İraq, Oman, Suriya, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Küveyt, Qatar, Livan, Kipr, Bəhreyn.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR