Bank Of Baku

İlyas İsmayılov: “Kosovonun müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınması separatçılıq meyllərinin artmasına rəvac verəcək”

İlyas İsmayılov: “Kosovonun müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınması separatçılıq meyllərinin artmasına rəvac verəcək”
# 18 fevral 2008 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Kosovonun öz müstəqilliyini elan etməsinin beynəlxalq münasibətlər sistemində ciddi gərginlik yaradacağı haqda bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda “Ədalət” sədri ABŞ və Avropa Birliyinin Kosovonun müstəqilliyi istiqamətində atdıqları addımın son nəticədə bütövlükdə dünyada sülhün və sabitliyin təmin olunmasına ən böyük təhlükələrdən birinə çevrilmək ehtimalının olduğunu deyib. İ. İsmayılovun fikrincə, Kosovonun müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınması separatçılıq meyllərinin artmasına rəvac verəcək: “Bu, terrorçu-separatçı rejimlər üçün əla bir presedent olacaq. Əksər separatçı rejimlər bu təcrübədən sonra bir qədər də azğınlaşacaq, azsaylı xalqların yaşadığı ərazilərdə yeni münaqişə ocaqları meydana çıxacaq”. Bundan Azərbaycanın da əziyyət çəkəcəyini bildirən partiya sədrinin fikrincə, ermənilər bu fürsətdən yararlanmağa çalışacaq: “Ermənilər Dağlıq Qarabağdakı terrorçu-separatçı əməllərinə həmişə “milli-azadlıq mübarizəsi” rəngi verməyə çalışıblar. ABŞ başda olmaqla bir sıra aparıcı Qərb dövlətləri beynəlxalq hüququn prinsiplərini bir kənara atıb, indiyədək onların bu yalanlarına göz yumublar”. Dünyada “Dağlıq Qaraba𔝠adlı xalqın olmadığını, bu səbəbdən də “xalqların öz müqəddəratını təyinetmə” prinsipinin Dağlıq Qarabağda yaşayan ermənilərə şamil edilməsinin qeyri-mümkün olduğunu bildirən İ. İsmayılov problemin həlli məsuliyyətini bütövlükdə Azərbaycan dövlətinin öz öhdəsinə götürməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR