Bank Of Baku

MSK-da yaradılmış “qaynar xətt”ə 43 müraciət daxil olub

MSK-da yaradılmış “qaynar xətt”ə 43 müraciət daxil olub
# 18 fevral 2008 12:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Seçici siyahılarının yenidən tərtib olunması ilə bağlı problemlərin həlli üçün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış 115 nömrəli “qaynar xətt”ə bu günə qədər 43 müraciət daxil olub. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “qaynar xətt” fəaliyyətini seçkilərə kimi davam etdirəcək. İndiyə qədər daxil olan müraciətlərin əksəriyyəti yaşayış yerində qeydiyyatı olmadığı üçün seçici siyahılarına salınmayan vətəndaşlardan gəlib. Yaşadığı yerdə seçici siyahısına düşməyənlər, seçici vəsiqəsi olmayanlar, seçici siyahılarında adı və digər məlumatları səhv göstərilən seçicilər də “qaynar xətt”ə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR