Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyasının torpaq sahəsi istəyinə mənfi cavab verilib

Vətəndaş və İnkişaf Partiyasının torpaq sahəsi istəyinə mənfi cavab verilib
# 18 fevral 2008 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargah tikintisi üçün partiyaya torpaq sahəsi ayrılması ilə bağlı müraciətinə mənfi cavab verib. VİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, paytaxt rəhbərliyinə 3 ay əvvəl göndərilmiş müraciətə bu gün cavab verilib. Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubunda 2001-ci ildən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin ayrılması səlahiyyətinin şəhər İcra Hakimiyyətindən alındığı və buna görə də partiya üçün yer ayırmaq imkanında olmadıqları bildirilir. VİP sədrinin müavini Əflatun Quliyev isə bu cavabın onları qane etmədiyini söyləyib. O bildirib ki, yalnız fiziki şəxslərə torpaq sahələri, bağ yerləri ayrılması səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətindən alınıb. Ə. Quliyev 2001-ci ildən bəri BŞİH tərəfindən hüquqi şəxslərə torpaq ayrılması faktlarını araşdıracaqlarını və məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR