Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri İFES-in Bakı ofisinin rəhbəri ilə görüşüblər

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri İFES-in Bakı ofisinin rəhbəri ilə görüşüblər
# 18 fevral 2008 14:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvləri Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakı ofisinin rəhbəri Daniel Blessinktonla görüşüblər. DUİ-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı seçki mühiti və Seçki Məcəlləsi müzakirə olunub. Görüşdə seçki prosesi zamanı əməkdaşlıq edilməsinə dair də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, DUİ Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov və Azadlıq Partiyasının sədri Əhməd Orucun təşəbbüsü ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR