Bank Of Baku

ATƏT Parlament Assambleyasının qış sessiyasında Kosovo məsələsi müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının qış sessiyasında Kosovo məsələsi müzakirə olunacaq
# 18 fevral 2008 15:18 (UTC +04:00)
Vyana. Elbrus Seyfullayev-APA. Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün sabah Vyanaya səfər edəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Milli Məclisinin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Azay Quliyev daxildir. Tədbirdə siyasi, təhlükəsizlik, iqtisadi, ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Sessiya dövründə Kosovo məsələsinə və gender probleminə dair xüsusi müzakirələr də keçiriləcək. Keçirilən toplantılarda azərbaycanlı deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər. Səfər fevralın 24-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR