Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti sabah Liviyaya səfər edəcək

Azərbaycan xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti sabah Liviyaya səfər edəcək
# 19 fevral 2008 08:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti sabah Liviya Sosialist Xalq Ərəb Camahiriyyəsinə rəsmi səfərə gedəcək. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, iki gün ərzində Azərbaycan nümayəndə heyəti Tripolidə çoxsaylı görüşlər keçirəcək, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində Liviya rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində sənədlərin imzalanması nəzərdə tutulmayıb.
Qeyd edək ki, Liviya xarici işlər nazirinin müavini Məhəmməd Ömər Əl-Bərrani ötən ilin noyabrında Bakıda səfərdə olub. Diplomatik mənbələrdən APA-ya məlum olub ki, Liviya inqilabının rəhbəri Müəmmar Kəddafinin bu il Azərbaycana səfəri planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR