Bank Of Baku

GUAM-a sədrlik edən Azərbaycan Bakıda beynəlxalq konfranslar təşkil edəcək

GUAM-a sədrlik edən Azərbaycan Bakıda beynəlxalq konfranslar təşkil edəcək
# 19 fevral 2008 09:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. GUAM-a sədrlik edən Azərbaycan aprel-may aylarında Bakıda üç beynəlxalq tədbir keçirəcək. GUAM-dan APA-ya verilən məlumata görə aprelin 15-16-da “GUAM ölkələri ərazilərində münaqişələrin nizamlanmasının prinsipial əsasları”, aprelin 29-30-da “GUAM-ın tranzit potensialı” və mayın 29-30-da “GUAM-ın inkişafı strategiyası” mövzularında beynəlxalq konfranslar keçiriləcək. Bu tədbirlərin Bakıda keçirilməsi GUAM milli koordinatorlarının fevralın 12-13-də Kiyevdə keçirilmiş 9-cu toplantısında təsdiqlənib.
Qeyd edək ki, GUAM-a sədrlik Azərbaycana ötən il iyunun 18-19-da Bakıda keçirilmiş sammitdə keçib. Bu ilin iyununda isə Gürcüstan sədrliyi Azərbaycandan qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR