Bank Of Baku

Fuad Muxtarov: “Partiya sədri adı daşımaq naminə iddiamı ortaya qoymaq istəmirəm”

Fuad Muxtarov: “Partiya sədri adı daşımaq naminə iddiamı ortaya qoymaq istəmirəm”
# 19 fevral 2008 09:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Partiyanın qurultayında qapalı bir çərçivədə 200-300 nəfərin səsini qazanıb sədr olmaq o qədər də çətin deyil. Amma sonradan həmin insanların etimadını doğrultmaq böyük yükdür. Buna görə də öz namizədliyimi irəli sürmək barədə konkret qərara gəlməmişəm və yalnız kifayət qədər ölçüb-biçdikdən sonra qərar verəcəyəm ki, sonra əziyyətini çəkməyim”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr səlahiyyətlərini yerinə yetirən Fuad Muxtarov deyib. O bildirib ki, bu günə qədər yalnız iki rayon təşkilatının sədri namizədlik iddiasını ortaya qoyub. Baş katib hazırda ölkədə normal siyasi fəaliyyət üçün şəraitin olmadığını söyləyib: “Biz bu şəraitin dəyişməsi üçün yollar axtarmalıyıq. Mən sadəcə, partiya sədri adı daşımaq naminə iddiamı ortaya qoymaq istəmirəm. Bacarığımı bu yöndə xərcləmək istəyirəm. Amma Azərbaycanda siyasi partiyalara ögeydən də pis münasibət var”. F. Muxtarov onu da qeyd edib ki, partiya lideri Etibar Məmmədov AMİP-in qurultay hazırlıqları ilə mütəmadi maraqlanır: “Amma namizədlərlə bağlı konkret şəxs üzərində heç vaxt dayanmayıb. Sadəcə, ümumi məsələlərin müzakirəsi zamanı özünün fikirlərini, baxışlarını bildirir, göstərişlərini verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR