Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi: “Kosovo məsələsi Dağlıq Qarabağ da daxil olmaqla digər bölgələr üçün presedent yaratmır”

ABŞ-ın Azərbaycandakı səfirliyi: “Kosovo məsələsi Dağlıq Qarabağ da daxil olmaqla digər bölgələr üçün presedent yaratmır”
# 19 fevral 2008 11:23 (UTC +04:00)
Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda öz əksini tapıb. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, status prosesini və BMT-in uzadılmış keçid administrasiyasını nəzərdə tutan BMT-in Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi də daxil olmaqla müxtəlif faktorların qeyri-adi kombinasiyası Kosovodakı vəziyyəti digər mövcud hallardan fundamental şəkildə fərqləndirir: “Xüsusi vacibliyi məhz o kəsb edir ki, Kosovodakı vəziyyət onun gələcək statusunun müəyyənləşdirilməsinə kömək məqsədilə qəbul olunmuş xüsusi qətnamə şərtləri ilə idarə olunur. Qətnamə Kosovonın statusunu müstəqillik ehtimalını da nəzərə alan siyasi proseslər vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutur. Fransa və Rusiya ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları on bir ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması sahəsində fəal vasitəçilik edir. Bizim həmişəki siyasətimiz dəyişilməz olaraq qalır. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyaraq münaqişənin dinc və razılaşdırılmış həllinin tərəfdarıdır. Eyni zamanda biz bəyan edirik ki, Dağlıq Qarabağın gələcək statusu beynəlxalq danışıqlar vasitəsi ilə müəyyənləşdirilməlidir”. ABŞ səfirliyi Kosovoda baş verən proseslərdən sonra beynəlxalq ictimaiyyətin bütün üzvlərini Dağlıq Qarabağ münaqişəsinin dinc və razılaşdırılmış həllinə xələl gətirə bilən bəyanatlardan çəkinməyə çağırıb: “Münaqişənin hərbi və ya kompromis çərçivəsindən kənara çıxan digər vasitələr ilə həll etmək cəhdləri bütün Qafqaz bölgəsində sülh və sabitliyi təhlükə altına qoya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR