Bank Of Baku

Heydər Əliyev Fondu bir çox ölkədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimləri keçirəcək

Heydər Əliyev Fondu bir çox ölkədə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anma mərasimləri keçirəcək
# 19 fevral 2008 11:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü münasibətilə Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay və Kiyevdə silsilə tədbirlər keçirəcək. Fonddan APA-ya verilən məlumata görə, ötən il anma mərasimlərinin keçirildiyi Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Tiflis şəhərlərində də bu il növbəti dəfə Xocalı soyqırımının ildönümü qeyd olunacaq. Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi nümayiş etdiriləcək, tədbir iştirakçıları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilən materiallarla tanış olacaqlar. Tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaq. Anma mərasimlərində Fondun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının nümayişi də nəzərdə tutulur.
Bundan başqa, Xocalı soyqırımı ilə bağlı dünyanın bir sıra ölkəsində Heydər Əliyev Fonunun təbliğat materialları paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR