Bank Of Baku

ADP funksioneri: “Partiyadakı boykot tərəfdarlarının arqumentləri ilə razılaşmırıq”

ADP funksioneri: “Partiyadakı boykot tərəfdarlarının arqumentləri ilə razılaşmırıq”
# 19 fevral 2008 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycan Demokrat Partiyası istənilən halda oktyabrda keçiriləcək prezident seçkilərini boykot etməyəcək. Ali Məclis seçkilərdə iştirakla bağlı qərar qəbul edib və partiyada boykot tərəfdarı olanlar da bu qərarın yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməlidirlər”. Bunu APA-ya açıqlamasında ADP sədrinin birinci müavini Həsrət Rüstəmov deyib. Onun sözlərinə görə, ADP-nin seçkiləri boykot etməsi tam istisna olunur: “Partiyadakı boykot tərəfdarları Ali Məclisin iclasında çıxış edərək fikirlərini bildirdilər. Lakin əksəriyyət seçkilərdə iştirakın tərəfdarı oldu. Boykot tərəfdarları deyirlər ki, əvvəlki seçkilər kimi, budəfəki seçkilərin nəticələri də öncədən bəlli olacaq. Amma biz ümid edirik ki, seçkiyə kimi ciddi dəyişikliklər baş verəcək, normal şərait yaradılacaq. Bizim əvvəlcədən seçkiləri boykot edə biləcəyimizlə bağlı hakimiyyəti hədələmək kimi fikrimiz yoxdur”. H. Rüstəmov boykot tərəfdarlarının arqumentləri ilə razılaşmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR