Bank Of Baku

Serbiya Xarici İşlər Nazirliyi: “Eurovision”da Kosovonun müstəqilliyini tanıyan ölkələri təmsil edən iştirakçılara viza verilməsində problem olmayacaq - EKSKLÜZİV

Serbiya Xarici İşlər Nazirliyi: “Eurovision”da Kosovonun müstəqilliyini tanıyan ölkələri təmsil edən iştirakçılara viza verilməsində problem olmayacaq - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 19 fevral 2008 14:00 (UTC +04:00)
Nazirlikdən bildiriblər ki, Kosovo müvəqqəti yerli özünüidarəetmə orqanlarının Serbiyadan ayrıldığını elan etməsi ilə bağlı yaranmış vəziyyəti siyasi durumu gərginləşdirsə də, ölkədə heç bir qarışıqlıq müşahidə olunmur. Serbiya Xarici İşlər Nazirliyinin təmsilçisi qeyd edib ki, müsabiqə iştirakçılarına, o cümlədən Kosovonun müstəqilliyini tanıyan ölkələrin təmsilçilərinə ölkəyə gəlmək üçün müvafiq viza veriləcək və bu məsələdə heç bir problem olmayacaq. Belqradda yerləşən “Eurovision” Təşkilat Komitəsindən də APA-ya bildirilib ki, müsabiqəyə hazırlıq işləri davam edir: “Təşkilatçılar müsabiqənin iştirakçıları ilə fasiləsiz əlaqə saxlayır və hər hansı ölkənin Kosovonun müstəqilliyini tanıması ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilmir. “Eurovision” tarixində heç zaman bu cür hala yol verilməyib və bu dəfə də hansısa problem yaranmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR