Bank Of Baku

Gültəkin Hacıyeva: “Azərbaycan qadınlarının növbəti qurultayının vaxtı çatıb”

Gültəkin Hacıyeva: “Azərbaycan qadınlarının növbəti qurultayının vaxtı çatıb”
# 19 fevral 2008 14:39 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. “Azərbaycan qadınlarının üçüncü qurultayının keçirilməsinin vaxtı çatıb”. Bunu APA-ya açıqlamasında millət vəkili Gültəkin Hacıyeva deyib. O, qadınların sonuncu qurultayından dörd il ötdüyünü xatırladıb: “Azərbaycan qadınlarının müəyyən problemləri həll olunmamış qalır. Azərbaycanda qadınların vəziyyəti, onların cəmiyyətdə mövqeyi və cəmiyyətdə özlərini təsdiqləyərkən qarşılarına çıxan problemlərlə əlaqədar fikir mübadiləsi aparmaq üçün qadınlar bir araya gəlməlidir. Eyni zamanda bu ilin seçki ili olduğunu nəzərə alsaq, qadınların da cəmiyyətin aparıcı qüvvəsi kimi baş verəcək proseslərə öz münasibətlərini bildirməsi zəruridir”. G. Hacıyeva qurultayın yaxın aylarda baş tutacağına ümid etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR