Bank Of Baku

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: “Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir“

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: “Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir“
# 16 aprel 2008 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib. O, təşkilatın dağılacağı barədə yayılan söz-söhbətlərin əsassız olduğunu bildirib: “Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir”. V. Çeçelaşvili ABŞ, Yaponiya, Polşa, Litva, Latviya və Estoniya ilə əməkdaşlığı yüksək qiymətləndirərək GUAM-a beynəlxalq marağın artdığını söyləyib: “Siz bunu Tiflis sammitində müşahidə edə biləcəksiniz. Hansısa ölkə GUAM-a daxil olmaq istəsə, onun müraciətinə bizim müvafiq qaydalarımız çərçivəsində baxılacaq”. Baş katib hazırda sülhməramlı kontingentin yaradılması məsələsinə baxıldığını və daha prioritet mövzuların azad ticarət zonasının, nəqliyyat-enerji dəhlizlərinin yaradılmasının gündəmdə olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR