Müxalifətin prezident seçkilərinə hazırlaşması və seçki aktivliyi niyə hiss olunmur?- SORÄžU
Ümid Partiyasının sədri İqbal Ağazadə isə ümumilikdə cəmiyyətin bir qədər süst vəziyyətdə olduğunu deyib: “Amma buna baxmayaraq, biz seçkiyə ciddi hazırlaşırıq. Ümumi mənzərənin passiv olması fikrini təbii qəbul edirəm. Çünki indiyə qədər olan seçkilərin yaratdığı məyusluq var. Amma biz süst vəziyyətdə deyilik, seçki kampaniyasına start veriləndə isə daha yaxşı olacaq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu müxalifətin aktiv olmamasını beynəlxalq təşkilatların bu seçkilərə maraq göstərməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Soros Fondu da seçkinin müşahidə olunmasının maliyyələşdirilməsini dayandırıb: “QHT-lərin bir hissəsi müşahidəçiliyi öz imkanları hesabına həyata keçirməkdən geri çəkildilər”. F. Qəzənfəroğlu həm də hesab edib ki, ümumilikdə partiyaların fəaliyyətində kifayət qədər durğunluq var: “Bu məsələlərə bölgənin digər ölkələrində antidemokratik meyllərin güclənməsi, keçirilən seçki proseslərinin də təsiri var. Bir ay ərzində proseslərdə ciddi dəyişiklik olmasa, seçkilərə maraq bu səviyyədə də qalacaq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə müxalifətin passiv olmasının səbəbini mətbuatın və televiziyaların müxalifətə diqqət ayırmaması ilə əlaqələndirib: “Son həftə ərzində Müsavat qərargahında yüzlərlə adamın iştirak etdiyi gənclərlə görüş keçirilib, Zaqatalada 4 rayonun zona müşavirəsi olub. Amma telekanallar bununla bağlı heç bir xəbər yaymayıb”. A. Hacılı müxalifət düşərgəsinin fəallığının da arzu edilən səviyyədə olmadığını qeyd edib.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə hesab edir ki, müxalifət seçkinin nəticələrini əvvəlcədən bildiyi üçün fəallığa ehtiyac görmür: “Seçkilərin lideri var, bu, İlham Əliyevdir. İndiyə qədər namizədliyini irəli sürəcəyini deyənlər arasında ona rəqib yoxdur. Buna görə də müxalifət süstdür. Onlar bilirlər ki, artıq məğlubiyyətə gedirlər”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müxalifətin passivliyini ölkədə demokratik seçki şəraitinin olmaması ilə əlaqələndirib. Onun fikrincə, həm seçkilərə qatılmaq qərarı verən, həm tərəddüd edən, həm də boykot yolunu tutan qüvvələr Seçki Məcəlləsi ilə bağlı aparılan danışıqların yekununu gözləyir: “Bu müzakirələrin uzanması passivlik yaradır”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ümumilikdə cəmiyyətdə seçki ab-havasının olmadığını deyib. Onun fikrincə, Seçki Məcəlləsinin dəyişməməsi, seçkidə iştirak edəcək qüvvələrin süstlüyü belə bir situasiya yaradıb: “Bu, təkcə müxalifətdən və namizədlərdən asılı ola məsələ deyil”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov müxalifətin passiv olmasının səbəbini ölkədəki seçkiqabağı mühitlə əlaqələndirib: “Seçki ab-havası olmasa da, “Azadlıq” bloku seçkinin boykot olunması üçün aktiv fəaliyyət göstərəcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov isə müxalifətin hazırkı durumunu şərh etməkdən imtina edib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, seçkiyə hazırlıq hər bir partiyanın daimi işi olmalıdır. YAP-ın partiya kimi uzun müddətdir seçki hazırlığı ilə məşğul olduğunu deyən S. Novruzov YAP-ın namizədinin alternativi olmadığından, müxalifətdə passivliyin yarandığını qeyd edib: “Müxalifətdə namizədliyini irəli sürməyi fikirləşənlər artıq anlayırlar ki, bunun mənası yoxdur. Ona görə də ciddi hazırlaşmırlar. Digər tərəfdən, bizim namizədin nüfuzu, əhali arasında apardığı işlər, vədlərini yerinə yetirməsi böyük şanslar yaradıb. Bu baxımdan müxalifətdə qələbə ümidi yoxdur, onlar sadəcə, seçkidə iştirak xatirinə öz namizədliklərini irəli sürəcəklər”.
Mövcud vəziyyəti şərh edən politoloq İlqar Məmmədov isə hesab edir ki, seçkilərlə bağlı siyasi qüvvələr əvvəlcədən seçki strategiyası hazırlamalı və buna uyğun fəaliyyət göstərməlidirlər. Bu təcrübədən bütün dünyada istifadə olunduğunu deyən politoloqun fikrincə, ya Azərbaycan müxalifətinin strategiyası səhvdir, ya da ümumiyyətlə, belə bir strategiya yoxdur. İ. Məmmədov ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin də Azərbaycandakı seçkilərlə eyni vaxta təsadüf etdiyini bildirib: “Artıq bir ildir ki, Amerikadakı bütün namizədlər şəhər-şəhər, kəndbəkənd gəzirlər, insanlarla görüşürlər, öz fikirlərini seçicilərə çatdırırlar. Bizim namizədlər isə evlərində oturublar. Bu müqayisədən görünür ki, müxalifətin strategiyası yoxdur”.
Daxili siyasət
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Xəbər Lenti
“Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq
Satınalma zamanı avans təminatından azad edilmə qaydası hazırlanacaq
Ali və orta ixtisas təhsili proqramları tələbata uyğun olaraq yeniləcək
Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək
Rusiyanın Zaporojye və Pavloqrada hava hücumu nəticəsində 5 nəfər ölüb, 53 nəfər yaralanıb
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub
"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib
Prezident İlham Əliyev dünya çempionatında qələbə münasibətilə İspaniya Kralını təbrik edib
Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib - EKSKLÜZİV
Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verilib
Rabitəbank tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib
Rubio: İran Hörmüz boğazından dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir
Tramp: İranın nüvə silahına sahib olmaq imkanlarını iki həftəyə aradan qaldıracağıq
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olunub
Azərbaycan Gürcüstan məhsullarının idxalını artırıb
Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib
Sabah 39 dərəcə isti olacaq
Azad edilmiş ərazilərdə daha 228 mina, 630 PHS aşkarlanıb
Magistratura üzrə ixtisas seçimi bu gün başlayır
Azərbaycanda sığorta üzrə beynəlxalq tədris proqramı yaradılır
Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb
ABB-dən uşaqlar üçün yeni rəqəmsal bankçılıq təcrübəsi
Tehran İran və ABŞ arasında vasitəçilik təkliflərinin irəli sürüldüyünü təsdiqləyib
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 10%-dən çox artıb
Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib
UN-Habitat Qarabağda ilk dəfə ərazi planlaşdırılmasına cəlb olunacaq
Ukrayna Rusiyanın hərbi, enerji və logistika infrastrukturuna növbəti zərbələr endirib
Bakı–Naxçıvan–Bakı reysləri üzrə sərnişinlər üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib
Tennis Akademiyasında 48 yaşlı kişi ölüb
İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb - YENİLƏNİB
Quba sakini kanalda boğularaq ölüb
Hindistanda sel və torpaq sürüşmələrində ölənlərin sayı 25-ə çatıb
Biləcəridə hoteldə meyit tapılıb
Qubada 7 kq narkotik aşkarlanıb
Əməkdar hüquqşünas İkram Kərimov: Cavan olsam, Ərəblinskinin qətlini araşdırardım - MÜSAHİBƏ
Lənkəranda evlərdən və şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb
Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapılıb - YENİLƏNİB
Şuşada 1 ton çətənə kolu məhv edilib
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Türkiyədə daha bir bələdiyyə sədri korrupsiya istintaqı çərçivəsində saxlanılıb
KİV: ABŞ İranla tammiqyaslı müharibəyə hazırlaşır
APA TV-də XƏBƏRAPARAN - CANLI
Qlobal əmtəə bazarlarında qızıl 4 min dollara kimi enib
Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
SEPAH Hörmüz boğazında iki neft tankerini vurduğunu açıqlayıb
İsmayıllıda qəza olub, xəsarət alan var
FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub