Bank Of Baku

Azərbaycan paytaxtında “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” adlı beynəlxalq konfrans işini davam etdirir

Azərbaycan paytaxtında “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” adlı beynəlxalq konfrans işini davam etdirir
# 16 aprel 2008 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Hüquq İnstitutunun direktoru Rudolf Dolzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək olmaz. Onun fikrincə, bu ifadə dəyişdirilməlidir, proseslər davam edirsə, deməli, münaqişə dondurulmayıb. İnstitut direktoru deyib ki, beynəlxalq hüququn ən zəif nöqtəsi sülh yolu ilə nizamlamaya dair effektiv mexanizminin olmamasıdır. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov çıxışında qeyd edib ki, xalqların öz müqəddəratını həll etməsi üçün onların hüquqları pozulmalıdır. Dağlıq Qarabağda və Abxaziyada yaşayanların hüquqları isə pozulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR