Bank Of Baku

“Azadlıq” radiosunun prezidenti Xəzər Universitetinin tələbələri ilə görüşüb

“Azadlıq” radiosunun prezidenti Xəzər Universitetinin tələbələri ilə görüşüb
# 16 aprel 2008 11:07 (UTC +04:00)
Bakı. Ülkər Əliyeva - APA. Azərbaycanda səfərdə olan “Azad Avropa və Azadlıq Radioları” Korporasiyasının prezidenti Ceff Gedmin bu gün Xəzər Universitetində tələbələrlə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Ceff Gedmin ABŞ-da mətbuatın durumu, jurnalistlərin fəaliyyəti ilə bağlı tələbələrə məlumat verib. Sonra korporasiya prezidenti tələbələrin suallarını cavablandırıb. Ceff Gedmin rəhbərlik etdiyi şirkətin jurnalistlərinin peşə fəaliyyəti, jurnalistlərə olan təzyiqlər, diffamasiya ilə bağlı sualları cavablandırıb. O, Azərbaycanda mətbuatla bağlı müəyyən problemlərin olduğunu söyləyib: “Amerikada da demokratiya mükəmməl deyil. Biz də bu istiqamətdə mübarizə aparırıq. Ümid edirik ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar öz bəhrəsini verəcək”. Tələbələrin “ ABŞ hökuməti Azərbaycan hökumətinin siyasətini dəstəkləsə də, rəhbərlik etdiyiniz radionun əks mövqe tutmasının səbəbi nədir” sualını cavablandıran Ceff Gedmin bildirib ki, o, ABŞ hökumətini təmsil etmir: “ABŞ Azərbaycanda olan enerji resurslarını nəzərə alır. Bizim üçün isə əsas məsələ demokratiyadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR