Bank Of Baku

Terri Devis: “ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm”

Terri Devis: “ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm”
# 16 aprel 2008 11:18 (UTC +04:00)
Lakin bu iki ölkənin Avropa Şurasına məhz Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə üzv olmaq istədiyini söyləmək düzgün olmazdı”. APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Terri Devis Strasburqda keçirdiyi mətbuat konfransında səsləndirib. O, hər iki ölkənin Avropa Şurasına üzv qəbul olunan zaman başqa amillərin nəzərə alındığını bildirib: “Düzdür, bəziləri deyirdilər ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsini həll etməyincə, Avropa Şurasına üzv qəbul oluna bilməz. Bəziləri isə deyirdi ki, Azərbaycanla Ermənistan Avropa Şurasına üzv qəbul olunsun və sonra biz münaqişənin həllində bu ölkələrə yardım edərik. Avropa Şurası bu münaqişənin nizamlanmasına dair danışıqlarda birbaşa iştirak etmir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı fərqli dəyərləndirmələrə gəldikdə isə, təbii ki, münaqişənin həllinin bu qədər uzanması təəssüf doğurur. Minsk Qrupu uzun müddətdir ki, tərəflər arasında razılaşmaya nail olmaq istəyir, amma nəzərə almaq lazımdır ki, Minsk Qrupu hər hansı həll variantını tərəflərə zorla qəbul etdirə bilməz. Bu institut həll variantının tapılmasında yardımçı rolunda çıxış edir. Mən hər iki ölkənin xarici işlər nazirləri ilə söhbət etmişəm və təəssüratım belədir ki, tərəflər razılığa çox yaxındır. Hesab edirəm ki, artıq yaxın vaxtlarda razılıq əldə olunacağına ümid bəsləyə bilərik”. Terri Devis ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı iddiaları da özünəməxsus şəkildə cavablandırıb: “ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsinə razı olub-olmamağımla bağlı onu deyə bilərəm ki, bu qurumun ləğvini səbirsizliklə gözləyirəm. Onun ləğvi normalda Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi anlamı daşıyardı”. Avropa məkanında medianın durumunu şərh edən Terri Devis bəzi problemlərin olduğunu bildirib. Rusiyada “ORT” telekanalının müxbirinin qətlə yetirilməsi, Ermənistanda internetə senzura qoyulması, Azərbaycanda jurnalistlərin həbsi faktlarından narahatlıq keçirdiyini bildirən Terri Devis bütövlükdə Avropa məkanında medianın durumunun yaxşılaşdırılmasının vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR