Bank Of Baku

Müsavat Partiyası mayın 4-də keçirəcəyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası mayın 4-də keçirəcəyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 16 aprel 2008 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası mayın 4-də keçirəcəyi mitinqlə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, müraciətdə aksiyanın ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalinin mülkiyyət hüququnun toxunulmazlığının təmini, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata olan təzyiqlərin dayandırılması tələbi ilə keçiriləcəyi bildirilib. Müsavat aksiya üçün üç yer göstərib: Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrının) qarşısındakı meydan, Nərimanov kinoteatrının qarşısındakı meydan və Ukrayna meydanı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR