Bank Of Baku

Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: “Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır”

Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: “Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır”
# 16 aprel 2008 12:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Anyey Kreymeri qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Polşa arasında tarixi əlaqələri xatırladan nazir, siyasi sahədə, çoxtərəfli müstəvidə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi potensialın genişləndirilməsini zəruri sayıb. O, Polşanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmişə prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini alqışlayıb. A. Kreymer Azərbaycanın Polşanın regionda strateji tərəfdaşı olduğunu diqqətə çatdıraraq, bütün istiqamətlərdə təmasların genişləndirilməsi, nazirliklər arasında əməkdaşlıq haqda memoranduma uyğun olaraq, məsləhətləşmələrin davam etdirilməsi, digər qurumlar arasında da mübadilələrin aparılmasının vacibliyi fikrini səsləndirib və nazir Elmar Məmmədyarovu Varşavaya rəsmi səfərə dəvət edib. Qonaq həmçinin ölkəsinin Avroatlantik strukturlara inteqrasiya təcrübəsi ilə paylaşmağa, Azərbaycanın Avropa üçün tək enerji tərəfdaşı kimi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətini təbliğ etməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin Avropaya inteqrasiya sahəsində Polşanın təcrübəsindən yararlanmaq məqsədilə birgə müzakirələrin keçirilməsi, “GUAM-ın dostları” qrupunun tərkibinin genişləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun qurulması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu, mədəniyyət və humanitar sferalarda əməkdaşlıq məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR