Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının qərargahı satılan əraziyə daxil deyil”

Arif Hacılı: “Müsavat Partiyasının qərargahı satılan əraziyə daxil deyil”
# 16 aprel 2008 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat Partiyası öz qərargahından çıxarılmayacaq”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Onun sözlərinə görə, partiyanın qərargahının yerləşdiyi 2 saylı Evtikmə Kombinatına məxsus ərazisinin satılması ilə bağlı xəbər yayıldıqdan dərhal sonra məsələ araşdırılıb və müvafiq qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitəsinə müraciət edilib: “Komitədən bildirildi ki, bizim partiyanın qərargahı yerləşən yer satılan əraziyə daxil deyil. Buna görə də bizi arxayın etdilər, rəsmi olaraq partiyanın qərargahından çıxarılmayacağını bildirdilər”.
Qeyd edək ki, 2 saylı Evtikmə Kombinatına məxsus ərazi özəl şirkətlərdən birinə satılıb. Müsavat Partiyasının qərargahı hazırda kombinatın inzibati binasında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR