Bank Of Baku

Xarici işlər nazirinin müavini: “Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir”

Xarici işlər nazirinin müavini: “Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir”
# 16 aprel 2008 13:10 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Azərbaycanın NATO-ya qəbul olunması məsələsi qarşılıqlı prosesdir. Azərbaycan bu məsələni milli maraqları çərçivəsində həll edir”. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini Azərbaycanın indiyədək NATO ilə əməkdaşlıqda fəal iştirak etdiyini bildirib: “Azərbaycanın üzvlüyə qəbul olunmasını NATO da istəməlidir. Prosesləri izləyirik. Milli maraqlara uyğun olmayan məsələləri qəbul etmirik. Məsələn, Azərbaycan Kosovodan hərbçilərini geri çağırdı. Ancaq Əfqanıstandakı sülhməramlıların sayını artıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR