Bank Of Baku

AMİP-in qurultayı təxirə salına bilər

AMİP-in qurultayı təxirə salına bilər
# 16 aprel 2008 14:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) aprelin 20-nə təyin olunmuş növbədənkənar qurultayının təxirə salınması ehtimalı böyükdür. Bunu APA-ya açıqlamasında partiyanın mətbuat və təbliğat katibi Əli Orucov deyib. O bildirib ki, qurultayın keçirilməsinə 4 gün qalmasına baxmayaraq, yer ayrılması xahişi ilə dövlət qurumlarına edilmiş müraciətlərə hələ də cavab verilməyib: “Bir sıra özəl yerlərin sahibləri ilə də danışıqlar aparılıb, amma müsbət nəticə əldə edilməyib. Biz hökumətin yer ayırmayacağı halda qurultayı özəl bir yerdə keçirməyi düşünürdük. Amma özəl yerlərin sahibləri ilə də razılaşma əldə edə bilməmişik”. Partiya katibi yaxın iki gün ərzində qurultayın təxirə salınıb-salınmayacağı ilə bağlı rəsmi qərarın qəbul ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR