Bank Of Baku

Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun görüşü bu gün də davam edib

Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun görüşü bu gün də davam edib
# 16 aprel 2008 15:32 (UTC +04:00)
Bakı.Ramil Məmmədli-APA. Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti beştərəfli görüşü bu gün də davam edib. APA-nın PRAYM-TASS-a istinadən verdiyi məlumata görə, toplantıda çıxış edən İranın xarici işlər naziri Mənuçöhr Mottaki bildirib ki, onun təmsil etdiyi ölkə Xəzərin ekoloji vəziyyətindən narahatdır və sahilyanı ölkələri bu problemi həll etmək üçün dialoqa çağırır. O, Xəzərin hüquqi statusu ilə bağlı məsələyə də münasibət bildirib: “Bu məsələ elə işlənməlidir ki, bütün Xəzəryanı ölkələrin maraqlarına cavab versin və həm indiki, həm də gələcək nəsillərə problem yaratmasın. Digər tərəfdən də region ölkələrinin uzunmüddətli maraqlarını, dənizdə stabillik və təhlükəsizliyi təmin etmək üçün tədbirlər davam etdirilməlidir. Bu zona iqtisadi inkişaf ərazisinə çevrilməli və ilk növbədə Xəzərin flora və faunasını qorumalıyıq”. M. Mottakinin sözlərinə görə, hələlik sahilyanı ölkələr məsələnin bu mərhələsinə nail ola bilməyiblər. O, bu ilin yay aylarında Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrinin baş nazirlərinin müavinləri səviyyəsində iqtisadi konfransının keçirilməsinin nəzərdə tutulduğunu da deyib: “Həmin tədbirdə İran prezidentinin ötən sammitdə səsləndirdiyi təklifə uyğun olaraq Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlıq təşkilatının təsis olunması müzakirə olunacaq. İran artıq bununla bağlı hazırlıq işlərini tamamlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR