Bank Of Baku

Moldova prezidenti Vladimir Voroninin Azərbaycana səfəri gözlənilir

Moldova prezidenti Vladimir Voroninin Azərbaycana səfəri gözlənilir
# 16 aprel 2008 16:15 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “GUAM-la bağlı Moldova Vladimr Voroninin bəyanatı təşkilat çərçivəsində konkret iqtisadi layihələrin həyata keçirilməməsi ilə ilə bağlı ola bilər”. Bu açıqlamanı APA-ya açıqlamasında Moldovanın reinteqrasiya üzrə nazirinin müavini İon Stevila verib. Onun sözlərinə görə, prezidentin bu fikirləri iqtisadi layihələrin mövcud olmaması ilə bağlı narazılıqdan irəli gəlir: “Biz hazırda GUAM çərçivəsində və Azərbaycanla ikitərəfli münasibətlərimizdə cox effektiv dialoqlara nail olmuşuq”. Nazir müavini qeyd edib ki, Dunay üzərində neft terminalının tikintisində Azərbaycan şirkəti cox fəal iştirak edir və terminalın tikintisi bu ilin yayında başa çatacaq. İon Stevila həmçinin Moldova prezidenti Vladimr Voroninin bu yaxınlarda Azərbaycan səfərinin gözlənildiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR