Bank Of Baku

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun görüşü başa çatıb

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun görüşü başa çatıb
# 16 aprel 2008 16:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun 22-ci beştərəfli görüşü başa çatıb. APA-nın İranın “Mehrnews” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sahilyanı 5 ölkənin Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın nümayəndə heyətlərinin rəhbərləri toplantını müsbət qiymətləndiriblər və Xəzərin hüquqi statusu ilə bağlı razılığın mümkün qədər tez əldə olunmasının zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının birinci sammiti 2002-ci ilin aprelin 23-də Türkmənistanın paytaxtı Aşqabadda, ikinci sammit isə 2007-ci ilin oktyabrın 16-da Tehranda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR