Bank Of Baku

Araz Əzimov: “Bu konfrans münaqişənin qarşı tərəfinə anladacaq ki, xoş münasibətdən uzun müddət sui-istifadə etmək olmaz”

Araz Əzimov: “Bu konfrans münaqişənin qarşı tərəfinə anladacaq ki, xoş münasibətdən uzun müddət sui-istifadə etmək olmaz”
# 16 aprel 2008 17:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” beynəlxalq konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. O, konfransda ilk dəfə olaraq münaqişələrlə bağlı vəziyyətin geniş şəkildə müzakirə olunduğunu bildirib: “Konfransın əsas əhəmiyyəti odur ki, ilk dəfə olaraq problemin həlli üçün beynəlxalq hüquq çərçivəsində malik olduğumuz resursları geniş şəkildə araşdıra bildik. Digər tərəfdən, bu konfrans münaqişənin qarşı tərəfinə anladacaq ki, xoş münasibətdən uzun müddət sui-istifadə etmək olmaz”. Araz Əzimov konfransın materiallarının dərc olunacağını və mümkün qədər geniş müstəvidə yayılacağını bildirib. Mətbuat konfransında çıxış edən Gürcüstanın münaqişələrin həlli üzrə dövlət nazirinin müavini Dmitri Mancavidze GUAM ölkələrinin problemlərin həlli üçün güclü resurslara malik olduğunu bildirib: “Yaxşı olardı ki, danışıq apardığımız tərəflər anlayaydı ki, dialoq barədə deyil, konkret addımlar barədə danışıqlar aparırıq. Bizə danışıqların forması barədə müzakirələr aparmaq lazım deyil, bizə cəld və dinamik hərəkət etmək lazımdır. Bizim istifadə edəcəyimiz ilk hüquqi resurs ərazilərin bölünməzliyi və suverenliyi hüququdur. Biz son həlledici ana kimi danışıqlar aparmağa hazırıq”. Moldovanın reinteqrasiya üzrə nazirinin müavini İon Stevila konfransın materiallarının və onların təcrübədə necə həyata keçiriləcəyini ciddi şəkildə öyrəniləcəyini bildirib. Konfransda çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili isə qeyd edib ki, konfransda səslənən tövsiyələrin birgə sənədlərin hazırlanması üçün uğurla istifadə olunacağına ümidvar olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR