Bank Of Baku

Dmitri Mancavidze: “Münaqişələrin həllinə dair Rusiya ilə danışıqları son ana qədər davam etdirməyə hazırıq”

Dmitri Mancavidze: “Münaqişələrin həllinə dair Rusiya ilə danışıqları son ana qədər davam etdirməyə hazırıq”
# 17 aprel 2008 08:07 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Gürcüstanın münaqişələrin həlli üzrə dövlət nazirinin müavini Dmitri Mancavidze verib. O bildirib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi, və ya bu subyektlərin Gürcüstan ayrılmaq istəyi barədə söz-söhbətlər boş iddialardır: “Bununla belə biz danışıqlar prosesindən imtina etmirik. Son saniyəyə qədər olsa belə, Rusiyalı həmkarlarımızla danışıqlar aparır və dialoqu sonra da davam etdirməyə hazırıq”. Onun sözlərinə görə, Rusiyada problemin dialoq yolu ilə həllinin mümkünlüyünü anlayan insanlar var: “Bu insanlarla işləmək lazımdır, amma görünür, indi tamam başqa xətt prioritetə çevrilib. Biz sona kimi cəhdlərimizi davam etdirəcəyik, amma bu son nə vaxt olacaq məlum deyil”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR