Bank Of Baku

İsgəndər Həmidovun istefasına yenidən baxılacaq

İsgəndər Həmidovun istefasına yenidən baxılacaq
# 17 aprel 2008 09:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycan Milli Demokrat Partiyasının mayın birinci ongünlüyündə keçiriləcək Böyük Məclisinin toplantısında partiya sədrinin istefası ilə bağlı məsələyə yenidən baxılacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin (TK) sədri Oqtay Xəlilli deyib. O bildirib ki, Böyük Məclisin vaxtı TK-nın aprelin 19-da keçiriləcək yığıncağında bəlli olacaq. O. Xəlilli Böyük Məclisin yığıncağında beş məsələyə baxılacağını açıqlayıb: “Partiya sədrinin istefasına yalnız İdarə Heyəti münasibət bildirdiyindən bu məsələyə Böyük Məclisdə baxılması vacibdir. Bununla yanaşı, toplantıda qurultaya hazırlıqla bağlı Təşkilat Komitəsinin tərkibinə yenidən baxılacaq, müxalifət düşərgəsindəki partiyalarla birləşmək və ya əməkdaşlıq məsələləri müzakirə ediləcək, qurumun prezident seçkisində tutacağı siyasi kursa aydınlıq gətiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR