Bank Of Baku

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 23-27-də Berlində keçiriləcək

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 23-27-də Berlində keçiriləcək
# 17 aprel 2008 09:59 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Mayın 23-dən 27-dək Berlində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. APA-nın məlumatına görə, Reyxstaqda baş tutacaq sessiyada Şimali Amerika və Avropadan 340 parlamentar üzvü iştirak edəcək. Mayın 27-də keçiriləcək plenar iclasa NATO Parlament Assambleyasının prezidenti Joze Lello, NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, NATO-nun Avropadakı birləşmiş qüvvələrinin (SACEUR) komandanı Con Kradokk da qatılacaq. Bundan əvvəl isə NATO Parlament Assambleyasının siyasi, müdafiə və təhlükəsizlik, elm və texnologiya, təhlükəsizliyin mülki ölçüləri, iqtisadiyyat və təhlükəsizlik komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulur. Milli Məclisdən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanı parlamentin vitse-spiker Ziyafət Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR