Bank Of Baku

QDİƏT PA-nın Hüquqi və siyasi məsələlər üzrə komissiyasının İrəvan toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınıb

QDİƏT PA-nın Hüquqi və siyasi məsələlər üzrə komissiyasının İrəvan toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınıb
# 17 aprel 2008 10:15 (UTC +04:00)
APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndələrinin iştirak etmədiyi iclasda üzv ölkələrin beynəlxalq terrorçuluğa qarşı mübarizədə rolu, QDİƏT-in Avropa Parlamenti ilə əməkdaşlığı, QDİƏT PA-nın 15 illiyi ilə bağlı bəyanat layihəsi müzakirə olunub və 30-cu iclasın yekun protokolu təsdiqlənib. Rusiyalı Mixail Yemelyanov komissiyanın yeni sədri seçilib. Toplantıda komissiyanın 32-ci iclasının bu ilin oktyabrında Bakıda keçirilməsi qərara alınıb. Bakıdakı yığıncaqda Ermənistan parlamentinin “Daşnaksutyun” Partiyasından olan üzvü Ara Nranyan “QDİƏT PA-nın 15 illiyi: iqtisadi əməkdaşlığın siyasi aspektləri” mövzusunda məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR