Bank Of Baku

MSK prezident seçkiləri ilə bağlı təqvim planı hazırlayacaq

MSK prezident seçkiləri ilə bağlı təqvim planı hazırlayacaq
# 17 aprel 2008 10:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı təqvim planı hazırlayacaq. MSK-nın katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, bütün seçkilər zamanı onlar müvafiq planı hazırlayır və buna uyğun hərəkətlər edirlər. Təqvim planında seçkilərlə bağlı aidiyyəti qurumların, seçki subyektlərinin həyata keçirməli olduqları hərəkətlərin müddətinin müəyyənləşdiriləcəyini qeyd edib. MSK katibi prezident seçkilərinə start verilənə kimi təqvim planının hazırlanıb qurumda təsdiq olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR