Bank Of Baku

“Biz” Gənclər Koalisiyası qondarma “erməni soyqırımı”na etiraz olaraq mitinq keçirmək istəyir

“Biz” Gənclər Koalisiyası qondarma “erməni soyqırımı”na etiraz olaraq mitinq keçirmək istəyir
# 17 aprel 2008 10:30 (UTC +04:00)
Bakı.Ramil Məmmədli-APA. “Biz” Gənclər Koalisiyası qondarma “erməni soyqırımı”na etiraz olaraq aprelin 24-də “Azadlıq” meydanında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. “Çağrı” Gənclər Hərəkatının sədri Əhəd Məmmədliinin APA-ya verdiyi məlumata görə, mitinqdə ermənilərin qondarma soyqırım iddialarına etiraz ediləcək, o cümlədən beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən Azərbaycanın ərazi bütövlüyün bərpası istiqamətində zəruri addımların atılması tələb olunacaq.
Qeyd edək ki, “Biz” Gənclər Koalisiyasında Müsavat, Demokrat, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi partiyalarının gənclər təşkilatları, həmçinin “Çağrı” Gənclər Hərəkatı və Gənc Demokratlar Hərəkatı təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR