Bank Of Baku

Akif Şahbazov: “İlqar Quliyev adında adam tanımıram”

Akif Şahbazov: “İlqar Quliyev adında adam tanımıram”
# 17 aprel 2008 12:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Mən İlqar Quliyev adında adam tanımıram və onun göstərişi ilə qərargahdan çıxmaq fikrimiz yoxdur”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. ACP lideri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyevin partiyadan və “Bakı-Zaman” qəzetindən yerləşdikləri İçərişəhərdəki Kiçik Qala küçəsi-128 ünvanını boşaltmağı tələb etməsinə münasibət bildirən A. Şahbazovun sözlərinə görə, partiyanın yerləşdiyi binanın İlqar Quliyevə heç bir aidiyyəti yoxdur və onun bu işlərə müdaxilə etməsi yersizdir: “Həmin bina onun atasının və qardaşının adınadır və hər iki şəxs də Bakıdadır. Biz özümüz problemi həll edə bilərik. Əslində qərargah məsələsi mənə aid deyil, qərargahın icarəyə götürülməsi ilə sədr müavini Yaqub Abbasov məşğul olub və icarə müqaviləsi də onun adınadır. Ona görə məsələdən o qədər də xəbərim yoxdur. Sadəcə, İdris Quliyev məhkəməyə müraciət edib və məhkəmə binanın onlara aid olması barədə qərar çıxarıb”. A. Şahbazov “Bakı-Zaman” qəzeti rəhbərliyinin Səbayel rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR