Bank Of Baku

“Heydər Əliyev müasir Azərbaycan Ordusunun yaradıcısıdır” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev müasir Azərbaycan Ordusunun yaradıcısıdır” mövzusunda tədbir keçirilib
# 17 aprel 2008 13:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bu gün Səbayel rayonunda “Heydər Əliyev müasir Azərbaycan Ordusunun yaradıcısıdır” mövzusunda tədbir keçirilib. Səbayel rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə rayonun təhsil işçiləri, orta məktəblərin 7-8-ci sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra başçısı Sahib Ələkbərov müstəqil Azərbaycanın ordusunun yaradılması və möhkəmləndirilməsində Heydər Əliyevin gördüyü işlərdən danışıb, məhz onun fəaliyyəti nəticəsində 1971-ci ildə Azərbaycanda ilk hərbi liseyin yaradıldığını qeyd edib. Onun sözlərinə görə, bu gün Azərbaycan ordusunda həmin liseyi bitirən onlarla general xidmət edir. Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Mirzə Almasov, Respublika Hərbi Komissarının müavini Rasim Sadıqov və digərləri çıxış edib. Tədbirin sonunda “Heydər Əliyev vətənin keşiyində” adlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR