Bank Of Baku

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin Nizamnaməsində elə bir müddəa yoxdur ki, sədr mütləq Cənubi Azərbaycandan olmalıdır”

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresinin Nizamnaməsində elə bir müddəa yoxdur ki, sədr mütləq Cənubi Azərbaycandan olmalıdır”
# 17 aprel 2008 14:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbədənkənar qurultayına hazırlıqla bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK İdarə Heyətinin (İH) üzvü Adil Minbaşı deyib ki, mətbuatda DAK-ın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səslənir. O, bu məlumatları mətbuata ötürməkdə fevralın 13-də İH-nin qərarı ilə qurumun sədri vəzifəsindən uzaqlaşdırılan Qulamrza Səbri Təbrizini ittiham edib: “İdarə Heyəti qurumun sədrini seçir və ya vəzifədən uzaqlaşdırır. Bu baxımdan Qulamrza Səbri Təbrizi DAK İdarə Heyətinin onun barəsində çıxardığı qərarına hörmət etməlidir”. DAK sədri Sabir Rüstəmxanlı isə təşkilat daxilində son illər baş verən umu-küsülərin aradan qaldırılması üçün lazımi addımların atıldığını söyləyib. O, bu məqsədlə son 3 ay ərzində Avropanın bir neçə ölkəsinə səfər edərək, burada diaspora nümayəndələri ilə görüşdüyünü də diqqətə çatdırıb: “Təşkilat daxilində və cəmiyyətdə belə bir fikir formalaşdırılıb ki, guya DAK sədri yalnız Cənubi Azərbaycandan olmalıdır. Bu, yanlış fikirdir və heç bir qanuna söykənmir. Konqresin Nizamnaməsində də belə müddəa yoxdur. Digər tərəfdən də bu kimi fikirlər dünyada yaşayan azərbaycanlıları parçalamağa yönəlib”. DAK İdarə Heyətinin Rusiyadan olan üzvü Rafiq Qafarov isə qurultayda birləşmə prosesi ilə bağlı hər hansı məsələsinin müzakirə edilməyəcəyini deyib: “DAK hansısa təşkilatla birləşməməlidir. Bu qurum azərbaycanlıların təşkilatlandığı ən böyük diaspora təşkilatıdır. Kim istəyirsə, bu qurumda təmsil oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR