Bank Of Baku

QDİƏT Xarici İşlər Nazirləri Şurasının Kiyev bəyannaməsinə Azərbaycanın təşəbbüsü ilə münaqişələrin həllinə dair bənd daxil edilib

QDİƏT Xarici İşlər Nazirləri Şurasının Kiyev bəyannaməsinə Azərbaycanın təşəbbüsü ilə münaqişələrin həllinə dair bənd daxil edilib
# 17 aprel 2008 15:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Kiyevdə keçirilən Xarici İşlər nazirləri Şurasının 18-ci iclasında qəbul olunmuş bəyannaməyə Azərbaycanın təşəbbüsü ilə QDİƏT-ə üzv ölkələrin ərazilərində olan münaqişələrin həllin dair bənd daxil edilib. Bu barədə APA-ya Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev məlumat verib. O bildirib ki, bu bənd Azərbaycanı iclasda təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin təkidi ilə sənədə salınıb. M. Məmmədquliyev iclasda çıxış edib və təşkilatın gələcək perspektivləri barədə fikirləri ilə bölüşüb. İclasda Böyük Britaniyaya müşahidəçi statusu verilib, quruma sədrlik Ukraynadan Albaniyaya keçib. Albaniya QDİƏT Xarici İşlər Nazirləri Şurasına mayın 1-dən sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR